Şüşə pəncərənin əsas hissəsidir və ona individual yanaşma olmalıdır. Şüşənin seçimində pəncərənin rəngi, profilin qalınlığı, pəncərənin ümumi ölçüsü, evə (obyektə) ətraf mühitin təsiri (külək, gün, yağış və s.) kimi nüanslar nəzərə alınmalıdır.

Şirkətimiz şüşə sahəsində özünəməxsus yerə malikdir. Böyük və qapalı sahədə şüşə emalı həyata keçirməkdəyik. Fabrikimiz yarım və tam avtomatlaşdırılmış Avropanın ən qabaqcıl texnologiyaları ilə təhciz edilmişdir. Avadanlıqlarımız vasitəsi ilə ilk baxışdan həlli çox çətin görsənən məhsulların rahat və keyfiyyətli bir şəkildə emalatını həyata keçiririk. Şüşə emalı çeşidlərimiz şağıdakı kimidir.

 

  • Təkqat şüşlərin emalı

  • Təkkameralı və Cütkameralı şüşə paketlərin emalı

  • Tablaşdırılmış şüşə və şüşə paketləri (temperli şüşələr)

  • Laminasiyalı şüşələrin emalı (çoxqatlı təhlükəsizlik şüüşələrin)

  • Konsturktiv şüşə paketlərinin emalı (silikonlu və bondingli şüşələr)

  • Dekorativ və CNC kəsimli şüşələrin emalı (qumlu, mat, vinilli, şüşə qapılar və s.

 

Yuxarıda adı keçən çeşidlərin emalatı zamanı istifadə olunan şüşə və köməkçi materiallar yüksək keyfiyyət və sertifikata malik bütün standartlara cavab verən xarici ölkələrin məhsullarıdır. Şirkətimiz üçün ən önəmli faktorlardan biri keyfiyyət və müştəri məmnuniyyətidir.

 

 
 
 
Şüşələrin kəsilməsi

Şüşələrin kəsilməsi Almaniya istehsalı olan “HEGLA” tam avtomatik kəsim maşını vasitəsilə həyata keçirilr. Bu avadanlıq vasitəsilə şüşələrin götürülməsi, kəsimi tam avtomatik olaraq həyata keçirilir.

 

ALTİS Group of Companies şüşə kəsimi sifariş etməklə, sifarişin keyfiyyəti və vaxtı barədə narahat olmaya bilərsiniz, hər şey yüksək səviyyədə, ən yüksək səviyyədə təşkil olunacaq.

 

Mütəxəssislərimizin riayət etdiyi əsas qayda - sifarişləri hazırlayarkən dəqiqlik, keyfiyyət və vaxtında təhvil verməkdir.

 

Bu avadanlıq 6000 mm x 3300 mm ölçülü və 3-19 mm qalınlıqlı şüşələrin kəsmə imkanına malikdir.

 
 
 
Şüşələrin yuyulması və laminasiyası

Altis Glass Laminasiyanın üstünlükləri

Səs izolyasiyası

çöldə olan səslərin içəri keçməsinə mane olur

Təhlükəsizlik: 

şüşə qırılarkən dağılmır

Funksiyanalığı

istiliyə qənaət və günəş şüalarından qoruma

Mexaniki zərbəyə

davamlı və oğurluq hallarını çətinləşdiri 

Korroziyaya, aşınmaya və yağışa qarşı davamlı

Ultrabənövşəyi şualardan qorumaq

Şüşələr İtaliya istehsalı olan “TRIULZİ” markalı avadanlıq vasitəsilə xüsusi kimyəvi sularla yuyulmaqdadır. Təhlükəsizlik şüşə növlərindən biri də laminasiyalı şüşələrdir.

Laminasiyalı şüşələrin aşağıdakı üstünlükləri var:

  • qırılma anında şüşə parçaları yerə tökülmür

  • səsboğucu xüsusiyyətə malik olması

  • şüşə sınsa belə bir tərəfdən digər tərəfə keçidi çətinləşdirir

Bundan başqa güllə keçirməz və gülləyə dayanıqlı növündın də istifadə olunur. Bu ən çox polis bölmələri, hərbi binalar, banklar və s. yerlərə tətbiq olunur.

 
 
 
Şüşələrin Paketlənməsi

Şüşələr kəsildikdən sonra paket halına salınması üçün şirkətimizdə mövcud olan 2 ədəd İtaliya istehsalı olan “OPTİMAC” markalı avadanlıqlardan istifadə olunur. Bu avadanlıqlar vasitəsilə hətta 3210 mm x 2250 mm və 4200 mm x 2500 mm ölçülü paket şüşə də hazırlamaq olar. Bundan başqa İtaliya istehsalı olan “BOVONE” avadanlığı vasitəsilə paket şüşələrin arqon qazı ilə təması da həyata keçirilir. Bu proses sayəsində şüşələrin istilik keçirmə və səs ötürmə qabiliyyəti xeyli dərəcədə azalmaqdadır.

Səs izolyasiyası

çöldə olan səslərin içəri keçməsinə mane olur

Zərbəyədavamlı şüşələr insan həyatını, mülkünü qorumaq üçündur.

Korroziyaya, aşınmaya və yağışa qarşı davamlı

Enerjiyə qənaət edən şüşələrdən hazırlanan pəncərlər istilik itkisini azaltmaq üçün ideladır.

Funksiyanalığı

Günəş şualarından qoruyan şüşüələr ultrabənövşəyi şüaların radiasiya intensivliyinin səviyyəsini minimuma endirmək imkanı verir.

Çoxfunksiyalı şüşə qablar günəşdən qorunma və enerji qənaət xüsusiyyətlərini birləşdirir.

 
 
 
Şüşələrin temperlənməsi (bərkidilməsi)

Şirkətimizdə şüşələrin temperlənməsi “NORTH GLASS” avadanlığı vasitəsilə həyata keçirilir. Bu avadanlıq 3 mm-19 mm qalınlıqda , 4200 mm x 2440 mm ölçüdə olan şüşələri temperləmək qabiliyyətinə malikdir.

Əlavə olaraq 2450 mm x 2000 mm ölçüdə və 6 mm radiusda olan şüşələrin bükülərək tempelənməsi də mümkündür. Temperli şüşənin üstünlüyü zərbəyə və temperatur dəyişikliyinə dözümlülüyü artır, şüşə qırılan zaman kiçik hissələrə bölünərək insan həyatı üçün təhlükəni azaldır.

Günəş işığının tam içəri keçməsinə şərait yaradır

İstilik -150 ° C-dən +300 ° C-ə qədər dəyişəndə termik şok olmaması

Qırıldıqda 1-10mm qalınlıqda xırda, kənarları küt hissələrə bölünür

Zərbəyədavamlılıq  xam şüşələrdən 5-6 dəfə dözümlü, əyilmə isə 2-3 dəfə çoxdur.

Maksimal Ölçü

4200 mm x 2440 mm

 
 
 
 
Dekorativ şüşə emali (buzlu, qumlu, şəkilli və loqo yazili)

Dekorativ şüşələrin istifadəsi günümüzdə geniş yayılmışdır. Firmamız İtaliya istehsalı olan “INTERMAC-GENİUS” markalı avadanlığından istifadə erdərək dekorativ şüşə emalı həyata keçirir.Bu avadanlıq vasitəsi şüşələrin üzərində istənilən sözlərin,enblemlərin,loqoların və s. Şüşələrin üzərinə yazmaq mümkündür.

Şirkətimiz “TEMPEST” avadanlığı vasitəsilə şüşə üzərində qumlama prosesini də həyata keçirməkdədir.

Bütün bunlarla yanaşı şüşə üzərində bizote, rodaj, naxışlı basqı, kanal açma, deşmə, boyama və s. əməliyyatlar həyata keçirilir.

 

 
 
 
Şüşələrin CNC kəsimi

Gündəlik həyatımızda ofislərdə, mağazalarda və iş yerlərimizdə rastlaşdığımız şüşə qapılar, xüsusi fiqurlu şüşələr və s. şüşə tipləri hər biri emalat zamanı CNC mərhələsindən keçərək son istifadəçiyə hazır halda təqdim olunur.

Şirkətimiz artıq 10 ildir ki, CNC kəsim işlərində çox naliyyətlər əldə etmişdir.